Kremlin daha bir düşməni Britaniyada zəhərləndi FOTO


Dünya 06 Mar 2018 11:13:00 213 0

Kremlin daha bir düşməni Britaniyada zəhərləndi  FOTO

Ötən gün Böyük Britaniyada Qərbə casusluq etmiş daha bir rusiyalı zəhərlənib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Solsberi şəhərindəki restoranlardan birində şam yeməyindən sonra 66 yaşlı Rusiya kəşfiyyatçısı, QRU polkovniki, ingilis kəşfiyyatına casusluq etdiyi üçün həbs edilən və daha sonra casus mübadiləsi çərçivəsində Qərbə təhvil verilən Sergey Skripal və 30 yaşlı sevgilisi yarıhuşsuz vəziyyətdə aşkar edilib. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Skripalı və sevgilisini yarıhuşsuz vəziyyətdə görüb polisə xəbər verən qadın jurnalistlərə bildirib ki, onlar skamyada oturub bir nöqtəyə baxırdılar, hərdən sağa-sola yellənirdilər və sifətlərində donmuş, boz ifadə var idi.

Skripalın və sevgilisinin zəhərləndiyi məlum olandan sonra onların baş çəkdiyi mağazalar və daha bir neçə obyekt kimyəvi və bioloji mühafizə üzrə mütəxəssislər tərəfindən bağlanıb. "The Telegraph" qəzetinin bildirdiyinə görə hansısa maddə tapılıb və zərərsizləşdirilib. Qəzet ehtimal edir ki, söhbət fentanil adlı güclü narkotik-analgetikdən gedir. Bu maddə insanda tənəffüs çatışmazlığına səbəb olur.

Bir versiyaya görə zərərçəkənlərdən biri italyan restoranı "Zizzi"də yemək yeyə bilərdi. Hazırda həmin restoran da bağlıdır. Uiltşir qraflığının polisi iki nəfərin zəhərləndiyini bildirsə də onların şəxsiyyətini açıqlamır.