"Chelsea"nin futbolçusu məşqdə huşunu itirdi


İdman 06 Mar 2018 10:29:00 294 0

"Chelsea"nin futbolçusu məşqdə huşunu itirdi

“Chelsea”nin fransız futbolçusu Nqolo Kante məşq zamanı huşunu itirib.

Goal.az xəbər verir ki, 27 yaşlı fransalı yarımmüdafiəçi bu səbəbdən martın 4-də Premyer Liqanın XXIX turunda “zadəganlar”ın səfərdə “Manchester City” (0:1) ilə oyunda iştirak etməyib.

Futbolçunun ürəyində problem yarandığı güman olunduğu üçün müayinəyə göndərilib. Lakin testin nəticəsi ehtimalın doğru olmadığını göstərib. Futbolçunun hansı səbəbdən huşunu itirdiyini dəqiqləşdirmək mümkün olmayıb. O, yenidən heyətə qayıdıb və martın 5-də ümumi qrupda məşq edib.