Biləsuvarda 5 yaşlı uşağı maşın vurub


Sosial 06 Mar 2018 11:00:00 220 0

Biləsuvarda 5 yaşlı uşağı maşın vurub

Faktla bağlı araşdırma aparılır

Biləsuvar rayonunda 5 yaşlı uşağı avtomobil vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. Belə ki, 2013-cü il təvəllüdlü rayonun Ağalıkənd kənd sakini Əmirov Ramiz Elşən oğlunu "VAZ 2106" markalı avtomobil vurub. Yaralı uşaq dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Məlumata görə, uşaq babasıgilə qonaq gəlirmiş, onu bu zaman avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.