Boksçuda dopinq aşkarlandı


İdman 06 Mar 2018 10:06:00 251 0

Boksçuda dopinq aşkarlandı

Meksikalı boksçu Saul Alvares dopinq yoxlamasından keçib.

Goal.az xəbər verir ki, bu onun qanında klenbuterol tapılıb. "Golden Boy Promotions" şirkəti bəyan edib ki, Alvaresin orqanizmində qadağan olunmuş maddə zəhərli ətin qəbulundan sonra aşkarlanıb, hansı ki son vaxtlar onlarla meksikalı atlet ondan zərər çəkib.

"İdmana hörmət edirəm, ona görə də bu məni çox narahat edir. Əvvəllər məndə belə şey olmayıb. Bu vəziyyəti aydınlaşdırmaq üçün bütün prosedurları keçməyə hazıram. İnanıram ki, sonda həqiqət mənim tərəfimdə olacaq", - deyə Alvares bildirib.

Qazaxıstanlı boksçu Gennadi Qolovkinlə üç versiya üzrə döyüşə hazırlaşan idançı Meksikadan ABŞ-a gələrək məşqini keçib və əlavə testdən keçmək niyyətindədir.