Ana oğlunu rəfiqəsi ilə əxlaqsız vəziyyətdə tutdu,


Digərləri 06 Mar 2018 10:36:00 377 0

Ana oğlunu rəfiqəsi ilə əxlaqsız vəziyyətdə tutdu,

Hazırlaşdırdığı şagirdi ilə cinsi əlaqədə olan qadın müəllim 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, Sankt Peterburqdakı evində yanına hazırlığa gələn şagirdlə intim münasibətdəykən tutulan müəllim həbs olunub.

Natalya Nikandrova adlı qadın müəllimi şagirdi ilə əxlaqsızlıq edərkən oğlanın anası onları görüb. Oğlu ilə rəfiqəsini əxlaqsız vəziyyətdə görən ana dəhşətə gəlib, o, müəllim işləyən rəfiqəsini polisə verib.

Polisin verdiyi məlumatda qeyd olunub ki, oğlanı yoldan çıxardan 35 yaşlı müəllim Natalya olub.

Rusiya mətbuatının yazdığına görə, oğlanın ailəsi zəngindir. Belə ki, adı yaşı 18-dən az olduğuna görə açıqlanmayan şagird sosial şəbəkədə bahalı maşınlarla, modellərlə fotosessiyasını paylaşıb. Onun atası neft maqnatıdır. Bu səbəbdən də onlar oğullarına şəhərin ən bahalı müəllimini tutublar.


Xəbərə aid fotolar