Banklar üçün kritik mərhələ


Digərləri 06 Mar 2018 10:27:00 212 0

Banklar üçün kritik mərhələ

Azərbaycan banklarının gəlirləri kəskin azalıb. Bu isə kredit portfelindəki azalma ilə bağlıdır.  

Son.az fed.az-a istinadən xəbər verir ki, müştərilərə verilən kreditlər azalaraq 11 milyard 242,2 milyon manata düşüb. Bu isə bankların kredit faizlərindən əldə etdikləri gəlirlərin kəskin azalması deməkdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, kredit portfeli yanvar ayında  1 faiz azalaraq, 11 milyard 337.6 milyon manatdan 11 milyard 242,2 milyon manata düşüb. Yəni bankların kredit portfeli bir ayda 95,4 milyon manat azalıb.

2017-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə bu azalma daha çoxdur. Belə ki, 2017-ci ilin eyni dövründə bankların müştərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat olmuşdu, başqa sözlə, 1 il ərzində kreditin həcmində 5 milyard manat azalma var.

Bankların kredit aktivliyinin azalması və izafi likvidlik bankların icmal hesabatında yeni mənzərəni ortaya qoyub. Belə ki, bankların pulu kreditlər yolu ilə iqtisadiyyata yönəltmək imkanları aşağı olduğundan, onlar hazır maliyyə alətlərinə yatırım edirlər. Təkcə bir ayda bank sektorunun qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 2 milyard 487 milyon manat olub. 31 dekabr 2017-ci il tarixinə isə bu göstərici cəmi 355 milyon manat təşkil edirdi.