Bakıda marşrut sürücüsü təhqir olundu, "Bakubus" polisə müraciət etdi


Digərləri 06 Mar 2018 10:03:00 272 0

Bakıda marşrut sürücüsü təhqir olundu, "Bakubus" polisə müraciət etdi

"Bakubus" MMC Bakıda sərnişin avtobusunun sürücüsünün təhqir edilməsi barədə videosujet yayıb.

Bakı. Samir Əli - "Bakubus" MMC Bakıda sərnişin avtobusunun sürücüsünün təhqir edilməsi barədə videosujet yayıb. "Bakubus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin Trend-ə veridiyi məlumata görə, hadisə fevralın 28-də baş verib. Həmin gün saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər metrostansiyasının dayanacağına daxil olarkən 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlayıb, avtobusun dayanacağa daxil olmasına maneə yaradıb və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir edib. “BakuBus” MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.