Samsung Galaxy S9 vəS9+


Digərləri 06 Mar 2018 10:00:00 281 0

Samsung Galaxy S9 vəS9+

Barselonada keçirilən MWC 2018 sərgisi çərçivəsində Samsung bu ilin əsas yeniliklərindən olan GalaxyS9 və S9+ flaqmanlarını təqdim etmişdir.

Smartfonların korpusu şüşə və metaldan hazırlanmış, "sərhədsiz" displeyi isə18,5:9 qeyri-standart nisbəti olan ensiz çərçivəiləhaşiyələnmişdir. GalaxyS9 vəS9+ biri birindən əsas iki amil ilə fərqlənir, bunlardan fərqli diaoqonalı - müvafiq olaraq 5,8" və 6,2"və kamera sayını qeyd etmək olar. Yenilik S9+ smartfonunun əsas kamerasının ikili modul üzərində işləməsidir. Smartfonların kameraları, həqiqətən, maraqlı təchiz olunub.

Yeni Super Speed Dual Pixel sensoru 12 təsviri birləşdirərək keyfiyyətli şəkil əldə edə bilir. Kamera əlavəsi saniyədə 960 kadr qeyd etməyə imkan yaradan yeni sürətli çəkim rejimi ilə təchiz olunmuşdur ki, bu bacarığı smartfon dünyasında yeni trend yaradacaq. Həmçinin, kamera qaranlıqda daha yaxşı şəkillər çəkmək üçün "dəyişkən" apertura ilə təchiz edilmişdir. Samsung ekspertləri bu kamerada insan bəbəyinin zəif işıq şəraitində genişlənməsi və parlaq işıqda daralması bacarığını əsas götürüblər. Belə ki, obyektiv işıq şəraitindən asılı olaraq öz aperturasını dəyişir.