Bakıda "Mercedes" vurub "VAZ"ı aşırdı:


Digərləri 06 Mar 2018 09:40:00 236 0

Bakıda "Mercedes" vurub "VAZ"ı aşırdı:

Bakıda avtomobil qəza törədib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsi Şuşa şəhərciyində yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarında hərəkətsiz dayanan "VAZ-21015" markalı avtomobilin arxa hissəsinə çırpılıb. Zərbənin gücündən "VAZ" aşıb. "Mercedes"də olan sərnişinlərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. Qəza ilə əlaqədar hadisə yerinə polis əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar