Sürücü avtomobildə öldü


Digərləri 06 Mar 2018 09:14:00 243 0

Sürücü avtomobildə öldü

Sabirabadda sürücü hərəkətdə olarkən ürəktutmasından vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Nizami kəndi ərazisində İmişli rayon sakini, 1952-ci il təvəllüdlü Gözəlov Teymur Müseyib oğlunun idarə etdiyi minik maşınında halı pisləşib.

Sürücü avtomobili dayandırmağa müvəffəq olub və sükan arxasında ürəktutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.