İki universal ağır atletika kompleksinin açılışı oldu (FOTO)


Digərləri 06 Mar 2018 09:13:00 257 0

İki universal ağır atletika kompleksinin açılışı oldu (FOTO)

Mart ayının 5-də, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə AAAF iki şəhər – Sumqayıt və Bakıda universal ağır atletika komplekslərinin açılışını edib.

Bakı. Mart ayının 5-də, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) iki şəhər – Sumqayıt və Bakıda universal ağır atletika komplekslərinin açılışını edib. AAAF-dan Trend-ə verilən məlumata görə, Sumqayıtda Heydәr Əliyev prospekti, 18-ci məhəllə, 37A ünvanında yerləşən Kompleksin açılış mərasimində AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər. Lent kəsiləndən sonra qonaq və rəsmi şəxslərə Kompleks barədə məlumat verilib, məkanın işi ilə tanış ediliblər. Qeyd olunub ki, burada eyni anda 50-yə yaxın ağır atlet və digər güc idman növləri – bodibildinq, pauerliftinq, krossfit və başqaları – idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Kompleksdə paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.