ANAMA ötən ayın statistikasını açıqlayıb


Digərləri 06 Mar 2018 08:53:00 247 0

ANAMA ötən ayın statistikasını açıqlayıb

2018-ci ilin fevral ayı ərzində 8,870,514 m2 (887.05 Ha) ərazi yoxlanılıb, 1,437 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,438 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) 2018-ci ilin fevral ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına dair məlumatında bildirilir.

Bildirilir ki,əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 513,640,781 m2 (51 364.07 Ha) ərazi təmizlənmiş və 792,609 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.