Sahibini izlənməkdən mühafizə edən smartfon yaradıldı


Digərləri 06 Mar 2018 08:15:00 236 0

Sahibini izlənməkdən mühafizə edən smartfon yaradıldı

Kompüter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış "DarkMatter" beynəlxalq təşkilatının mütəxəssisləri öz sahibini izlənilməkdən mühafizə edən smartfon hazırlayıblar.

Son.az lent.az-a istinadən xəbər verir ki, bunun üçün hər hansı bir şəxslə məxfi söhbət zamanı qadcetin mikrofon və kamerasını söndürmək lazımdır.

"Android" əməliyyat sistemi ilə işləyən "Katim" smartfonu zənglərin, internet vasitəsilə göndərilən və qəbul edilən ismarıcların şifrələnməsini təmin edə bilir. Qadcet mobil sənayenin ən böyük sərgisi olan "Mobile World Congress"də nümayiş etdirilib.