Prezident seçkiləri ilə bağlı bu prosedurlar sabah başa çatır


Siyasət 06 Mar 2018 07:47:00 269 0

Prezident seçkiləri ilə bağlı bu prosedurlar sabah başa çatır

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar sabah başa çatır.

Son.az Trend-ə istinadən bildirir ki, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, martın 7-dək məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması prosesi başa çatmalıdır.

Bundan əlavə Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi proseduru da martın 7-dək başa çatır.