“AirPods” qulaqcıqları sağlamlığa nəzarət edəcək


Digərləri 06 Mar 2018 07:22:00 221 0

“AirPods” qulaqcıqları sağlamlığa nəzarət edəcək

ABŞ Patent və Əmtəə Nişanları Bürosu "Apple" şirkətinin növbəti ixtirasını təsdiq edib. Şirkət tezliklə bir və ya bir neçə biometrik ötürücü ilə təchiz edilən "AirPods" qulaqcıqlarının istehsalına başlaya bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, patent hüququnun əldə edilməsi üçün müraciət dörd ay əvvəl edilib. Bu, şirkətin yeni məhsulun hazırlanması üzərində intensiv iş aparmasından xəbər verir.

Patentə görə, "AirPods" qulaqcıqları təkcə istifadəçinin ürəkdöyünməsinin azalmasını müəyyənləşdirməyəcək. Belə ki, qulaqda çoxlu kapliyarlar keçir ki, bu da insanın tənəffüs tezliyini və qanının miqdarını ölçməyə imkan verəcək. Bundan başqa, konstruksiyaya əlavə edilən bir neçə elektrod stress səviyyəsinə nəzarət edəcək.