Füzuli rayonunda top mərmisi aşkarlanıb FOTO


Digərləri 05 Mar 2018 23:54:00 241 0

Füzuli rayonunda top mərmisi aşkarlanıb  FOTO

Daxili İşlər Nazirliyinin "102" Xidməti - Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Son.az-a verilən xəbərə görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Xəbərə aid fotolar