Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 30 min nəfəri ötüb


Digərləri 05 Mar 2018 23:21:00 266 0

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 30 min nəfəri ötüb

Azərbaycanda 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb. 

Son.az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən keçən il qeydiyyata götürülən narkomanlardan 1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatdadır. 

Keçən il qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1432 nəfər (488 nəfər dispanser, 944 profilaktik) olub.