Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara müalicə-bərpa xidmətinin göstərilməsi qaydası təsdiqlənib


Sosial 05 Mar 2018 23:08:22 268 0

Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara müalicə-bərpa xidmətinin göstərilməsi qaydası təsdiqlənib

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb

Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası"nı təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli qanununun tətbiqi barədə“ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası” təsdiq olunub.