300 kiloqram ot bağlaması yanıb


Digərləri 05 Mar 2018 22:23:00 352 8

300 kiloqram ot bağlaması yanıb

Qəbələ rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Həmzəlli kəndində ümumi sahəsi 84 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 24 m2 sahədə və çardağa yığılmış 300 kq ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.