Almaniyada yeniyetmə 30 şagirdi zəhərlədi


Dünya 05 Mar 2018 22:14:00 236 8

Almaniyada yeniyetmə 30 şagirdi zəhərlədi

Almaniyanın Zultsbax kommunasında yeniyetmənin məktəbdə qaz balonundan istifadə etməsi nəticəsində 30 şagirdin tənəffüs yollarında problemlər yaranıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Mayn-Taunus rayonunun polisi məlumat yayıb.

Bildirilir ki, şagirdlərdən biri məktəbin foyesində qaz balonundan istifadə edib. Nəticədə şagirdlərin tənəffüs yollarında problemlər yaranıb. Hadisə zamanı 10 şagird (10-15 yaş arası) xəstəxanaya yerləşdirilib, digərlərinə məktəbdə tibbi yardım göstərilib.