Qaxda yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB


Sosial 05 Mar 2018 21:12:00 242 0

Qaxda yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Hadisə nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb

Qax rayonunun Alatəmir kəndində "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşması nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağirdir. 

***20:31

Qax rayonunda ağır yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.

Belə ki, "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 3-dən çox insan ağır xəsarət alıb.