Oğlunun qorxulu şəkillərini paylaşdı, nifrət qazandı FOTO


Digərləri 05 Mar 2018 19:24:00 266 0

Oğlunun qorxulu şəkillərini paylaşdı, nifrət qazandı  FOTO

"Oğlum Feniksin fotosessiyasını Facebook-da və digər sosial şəbəkələrdə paylaşanda ağlıma da gəlməzdi ki, bu qədər təhqir ediləcəyəm".

Avstraliyanın Brisben şəhərində yaşayan Emi Luiz oğlu Feniksin ad günündə övladı üçün "zombi" stilində fotosessiya sifariş verib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, tanınmış avstraliyalı fotoqraf Amanda Kuin də sifarişi yerinə yetirib.

"Oğlum doğulanda kliniki ölüm vəziyyətində idi. Tam 13 dəqiqə onun ürəyi vurmadı, nəbzi olmadı. Həkimlər onu güclə həyata qaytardılar. Feniks mənim üçün çox, amma çox dəyərlidi. Oğlumun "zombi" görkəmində fotoları da bir zarafatdı",  - Emi söyləyib.

2015-ci ilin oktyabrın 31-də doğulmuş Feniksin 9 aylıq Hanter adlı qardaşı da var.


Xəbərə aid fotolar