Putinin müşaviri: "Rusiya beynəlxalq internet şəbəkəsindən çıxmağa hazırdır"


Dünya 05 Mar 2018 19:18:00 316 0

Putinin müşaviri: "Rusiya beynəlxalq internet şəbəkəsindən çıxmağa hazırdır"

"Rusiya texniki cəhətdən beynəlxalq internet şəbəkəsindən çıxmağa hazırdır, lakin bu proses ağrısız olmayacaq".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin internetin inkişafı üzrə müşaviri Qerman Klimenko NTV kanalına müsahibəsində deyib.

"Texniki olaraq biz istənilən fəaliyyətə hazırıq. Bir texnologiyadan digərinə keçərkən hər zaman problem yarana bilər. Həmkarlarımız bizi sistemdən çıxaracaqlarsa, bunun ağrısız olub-olmayacağını bilmirəm. Deyilir ki, ağrısız olacaq, lakin mən əminəm ki, bu belə deyil. Kiminsə haradasa nəyisə söndürüləcək. Kimsə məlumatlarını xaricdə qoruyur və ya hansısa saytın domeni xaricdən alınıb. Buna görə müəyyən çətinliklər olacaq. Lakin ümumilikdə proqram və aparat təminatında heç bir problem yoxdur".