Bakıda mənzildə 73 yaşlı kişinin meyiti tapıldı


Digərləri 05 Mar 2018 18:44:00 206 0

Bakıda mənzildə 73 yaşlı kişinin meyiti tapıldı

Bakının Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Son.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb, orada 1945-ci il təvəllüdlü Bağırov Rafiq Yaqub oğlunun meyitini aşkarlayıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib.