Vilyan: "Chelsea"də uzun illər oynamaq istəyirəm"


İdman 05 Mar 2018 18:34:00 265 0

Vilyan: "Chelsea"də uzun illər oynamaq istəyirəm"

"Chelsea"nin yarımmüdafiəçisi Vilyan klubda qalmaq istədiyini bildirib. Goal.az xəbər verir ki, "zadəganlar"la 2020-ci ilə kimi müqaviləsi olan braziliyalı havbek bunları deyib:

"Məqsədim "Chelsea"də qalmaqdır. Rəhbərliyin fikri başqadırsa, özümə yeni klub axtarmalı olacam. Amma burda uzun illər oynamaq və mümkün olsa, müqaviləmi yeniləmək istərdim. "Chelsea"də 5 ildir forma geyinirəm. Bu müddətdə bir neçə titul qazanmışam. Azarkeşlərin sevgisini hiss edirəm və müqaviləmin müddətini uzatmaq istəyirəm".