Vəkil aktrisa Tunay Əliyeva ilə bağlı DİN-ə sorğu göndərilməsini istəyib


Digərləri 05 Mar 2018 17:54:29 165 0

Vəkil aktrisa Tunay Əliyeva ilə bağlı DİN-ə sorğu göndərilməsini istəyib

Proses qeyri-müəyyən günədək təxirə salınıb

Bu gün Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyevanın qarşılıqlı iddiaları əsasında məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə P.Abıyevanın vəkili Ceyhun Yusifov vəsaətət qaldırıb.

O, T.Əliyeva ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsində hər hansı bir araşdırma aparılıb-aparılmasının müəyyənləşdirilməsi üçün sorğu verilməsilini istəyib.

Vəsatət təmin edilməyib.

Hakim hər iki tərəfə barışıq təklif edib. Lakin C.Yusifov buna etiraz etdiyini deyib.

Daha sonra hər iki tərəfin ötən prosesdə verdiyi vəsatət müzakirə olunub. Tərəflər işin linkqivistik ekpertiziya göndərilməsini istəyib.

Vəsatət təmin olunub. 

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.

P.Abıyeva isə instaqram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.

Məhkəmədə T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, aktrisa P.Abıyeva müvəkkili barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: "Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik".

Daha sonra iclasda P.Abıyevanın vəkili Ceyhun Yusifov da çıxış edib. Müdafiəçi də müvəkkilinin şərəf və ləyaqətinin alçaldığını deyərək məhkəmədə 200 min manatlıq iddia qaldırdığını elan edib.

Məhkəmə hər iki iddianı icraata götürüb.