Bakalavrla bağlı YENİ QƏRAR: Minimal bal tələbini ödəməyənlər də imtahanın ikinci mərhələsinə buraxılacaq


Digərləri 05 Mar 2018 17:42:00 172 0

Bakalavrla bağlı YENİ QƏRAR: Minimal bal tələbini ödəməyənlər də imtahanın ikinci mərhələsinə buraxılacaq

Minimal bal tələbini ödəməyənlər də imtahanın ikinci mərhələsinə buraxılacaq.

Bakı. İlhamə İsabalayeva - Bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların magistraturaya imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul olunub. Trend-in məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən iclasda bildirib. M.Abbaszadə qeyd edib ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim etmişdir.