“Kristal Abşeron” daxili kredit şərtini yüngülləşdirib


Digərləri 05 Mar 2018 17:21:00 195 0

“Kristal Abşeron” daxili kredit şərtini yüngülləşdirib

İndi kreditlə təmirli mənzil almaq daha da sadələşdi.

Bakı. Azərbaycan iqtisadiyyatının sabitləşərək bu ildən yenidən artıma qayıtması ilə əlaqədar olaraq, mənzil tikintisi üzrə iri tikinti şirkətlərindən biri olan “Kristal Abşeron” daxili kredit şərtini yüngülləşdirib. Şirkətdən Trend-ə verilən məlumata görə, iş yerindən arayış təqdim edə bilməyənlər və qısamüddətli kreditə üstünlük verənlər tam təmirli mənzilə daha sərfəli şərtlərlə sahib ola biləcəklər. Belə ki, 5 illik daxili kreditin ilkin ödəniş faizi 30%-dən 20%-ə endirilib. Daxili kreditin rəsmiləşdirilməsi üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. "Kristal Abşeron" layihələrində 25 illik ipoteka imkanı ilə də tam təmirli mənzillərin satışı davam edir. TAM TƏMİRLİ VƏ “KUPÇA”LI MƏNZİLLƏR Mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, parket döşəmə(palıd), istilik radiatorları və s. daxildir. “Kristal Abşeron”un yaşayış komplekslərindən alınan bütün mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla (Kupça) təmin edilir.