Məktəblilər üçün 20 min dollarlıq mükafat fürsəti


Digərləri 05 Mar 2018 17:18:00 245 0

Məktəblilər üçün 20 min dollarlıq mükafat fürsəti

"Qızıl Bayt  2018" (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdən ibarətdir.

Bu il azərbaycanlı gənclər Təhsil Nazirliyinin dəstəyi ilə ikinci dəfə çempionatda iştirak edəcəklər.

Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.


Xəbərə aid fotolar