Joze Mourinyo telekanlla müqavilə imzalayıb


İdman 05 Mar 2018 16:50:00 273 0

Joze Mourinyo telekanlla müqavilə imzalayıb

“Manchester United”in baş məşqçisi Joze Mourinyo 2018-ci il dünya çempionatı zamanı Rusiyanın RT telekanalı ilə əməkdaşlıq edəcək. Goal.az xəbər verir ki, razılaşmaya əsasən, 55 yaşlı portuqaliyalı mütəxəssis ekspert qismində mundialın oyunları ilə bağlı fikirlərini bölüşəcək. RT telekanalı daha əvvəl Danimarka millisi və “qırmızı şeytanlar”in sabiq qapıçısı Peter Şmeyhellə müqavilə bağlayıb. Dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.