MTRŞ “REAL” MMC-yə yeni xəbər kanalı kimi müddətsiz lisenziya verib


Sosial 05 Mar 2018 16:39:12 275 0

MTRŞ “REAL” MMC-yə yeni xəbər kanalı kimi müddətsiz lisenziya verib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

Şuradan "report"a verilən məlumata görə, iclasda “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. 

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.