SON DƏQİQƏ! Türkiyə SQ Candarisin azad edilməsi üçün döyüşlərə başladı


Dünya 05 Mar 2018 16:37:00 251 0

SON DƏQİQƏ! Türkiyə SQ Candarisin azad edilməsi üçün döyüşlərə başladı

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində Candaris rayonunun azad edilməsi üzrə əməliyyatlara başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda Türkiyə SQ Candaris rayonunda terrorçuların mövqelərinə zərbələr endirir, "Azad Suriya Ordusu" birləşmələri isə qəsəbənin ətrafında döyüşlər aparır.

Qeyd edək ki, bu gün Türkiyə SQ Baş Qərargahı "Zeytun budağı" əməliyyatı çərçivəsində 134 yaşayış məntəqəsinin və 22 strateji yüksəkliyin terrorçulardan azad edilməsi barədə məlumat yaymışdı.