ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri bu həftə Azərbaycana gələcək


Digərləri 05 Mar 2018 15:50:18 142 0

ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri bu həftə Azərbaycana gələcək

Əsas vəzifələrindən biri seçkilərin müşahidəsinin maksimum geniş olmasını təmin etmək üçün plan hazırlamaq olacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının üzvləri ölkəmizə bu həftə gəlməyi planlaşdırırlar.

Bu barədə "Report"a ATƏT DTİHB-nin Mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, əsas vəzifələrindən biri seçkilərin müşahidəsinin maksimum geniş olmasını təmin etmək üçün plan hazırlamaq olacaq.

Həmçinin yaxın zamanda ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbərinin adı açıqlanacaq.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. Fevral ayında Azərbaycana səfər edən ATƏT DTİHB-nin qiymətləndirmə missiyası Büroya qarşıdakı seçkilərə müşahidəçi missiya göndərməyi tövsiyə edib.

Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər), eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.