Xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub


Digərləri 05 Mar 2018 15:43:00 230 0

Xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub

Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən xaricdə münaqişə zonalarında döyüşən 5 nəfər saxlanılıb, 2 nəfər əcnəbi isə beynəlxalq öhdəliklərə əsasən, tərəfdaş dövlətə təhvil verilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatında əksini tapıb. Qeyd olunub ki,  xaricdə münaqişə zonalarında döyüşmüş 30 nəfər müəyyənləşdirilib, onların ətrafında tədbirlər həyata keçirilir.