DİQQƏT! Ödəniş terminallarında YENİLİK edildi


Digərləri 05 Mar 2018 15:20:00 233 0

DİQQƏT! Ödəniş terminallarında YENİLİK edildi

"Komtec" şirkəti bir sıra "MilliÖN" terminallarında bank kartları vasitəsilə nağdsız ödəniş üzrə pilot xidməti işə salıb.

Milli.A zxəbər verir ki, şirkətdən Trend-ə bildiriblər ki, yeni xidmət kartın balansından pul çıxararaq kredit borcu, kommunal xidmətlər, rabitə, internet, kabel televiziyası və digər xidmətlərə görə ödəniş etməyə imkan verir:

"Bu xidmət hələ məhdud sayda terminallarda (Bakının Nərimanov, Səbail, Xətai və Yasamal rayonlarında quraşdırılmış) mümkündür. Bank kartları vasitəsilə kommunal ödənişlər (su, qaz və elektrik enerjisinə görə) yalnız əhali üçün əlçatandır. Komissiya haqqı tutulmur".