"Heç kəsə arzulamıram ki..." Elza Seyidcahan VİDEO FOTO


Şou-biznes 05 Mar 2018 15:30:00 352 0

"Heç kəsə arzulamıram ki..."  Elza Seyidcahan  VİDEO  FOTO

"ARB Ulduz" un "Şou Məkan" verilişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Son.az bildirir ki, əməkdar artist ilk olaraq dilə-dişə düşmək istəmədiyini açıqlayıb:

"Onlar elə bilirlər ki, Elza bunu bilə-bilə edir, gündəmdə qalmaq üçün edir. Efirə çıxıb bir söz deyirsən, bir sözdən min məna çıxarırlar. Buna görə ailən, əzizlərin, özün narahat olursan. Bu narahatlığı elə yeni sakitləşdirirsən ki, başqa bir müsahibə ilə yenə aləm bir-birinə dəyir. Hamı zəng vurur. Məsələni aydınlaşdırana qədər, yeni bir problem çıxır".

Elza həmkarlarının atdıqları addımların da mənasız olduğunu deyib:

"Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o insanlar necə gəliblərsə, elə yadda qalıblar. Mən bundan sonra nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır.

Sizin özündənrazı, "kübar", "xanım" tərzləriniz boş şeydir. Biz necə gəlmişiksə, elə qəbul olunmuşuq.

Bəzən insanlar özlərini necə hörmətdə saxlayırlar, deyim. Tanınmış insanlarla şəkil çəkdirirlər, paylaşırlar. Çalışırlar ki, hamıynan şəkil çəkdirib paylaşsınlar. Yəni demək istəyirlər ki, mən bu tədbirdə oldum, artıq bu təbəqədəyəm. Xeyr, elə deyil. Siz necə varsız, necə gəlmisiz, elə də yadda qalmısız".

Əməkdar artist həmkarlarının plastik əməliyyat  məsələsinə də toxunub:

"Kim ki, mənim həmkarlarımdan plastik əməliyyat etdirib, onların öz təbii halları mənim üçün daha gözəldir, nəinki indiki halları. Mən onların təbii halları üçün elə darıxmışam ki. Onların özünəməxsus burunları üçün, onların özünəməxsus dodaqları üçün. Həmin insanların üz cizgiləri mənə o qədər doğma idi ki, onların yeni vəziyyətinə öyrəşə bilmirəm. Düzdür, elələri var idi ki, həmin adamların plastik əməliyyata ehtiyacı vardı.

Könül Kərimova plastik əməliyyatdan normasında istifadə edib".


Xəbərə aid fotolar