XİN: İsrail Fələstinlə birbaşa danışıqlara hazırdır


Digərləri 05 Mar 2018 14:22:00 222 0

XİN: İsrail Fələstinlə birbaşa danışıqlara hazırdır

İsrail əvvəlki kimi fələstinlilərlə birbaşa danışıqlara hazırdır.

Bakı. "İsrail əvvəlki kimi fələstinlilərlə birbaşa danışıqlara hazırdır. Lakin belə dialoq üçün məzmunlu proqram lazımdır". Trend-in məlumatına görə, bunu İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktorunun müavini Aleksandr Ben-Svi deyib. O qeyd edib: "Əgər razılıq əldə olunsa, biz fələstinlilərlə istənilən yerdə danışıqlar apara bilərik. Əsas olan bunu harada etmək deyil, nə barədə danışmaqdır. Məsələ bundadır. Buna görə də hansısa proqram lazımdır".