Nazir: "Mərakeş təcavüzlə qarşılaşmış Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"


Siyasət 05 Mar 2018 14:18:00 222 0

Nazir: "Mərakeş təcavüzlə qarşılaşmış Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

"Mərakeş təcavüzlə və beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin yerinə yetirilməməsi ilə qarşılaşmış Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

N.Bourita qeyd edib: "Biz ərazi bütövlüyünü çox vacib məsələ hesab edirik və qardaş Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması səylərini dəstəkləyirik".