"Bəzən kurikulum valideyn və mütəxəssislər tərəfindən birmənalı qarşılanmır"


Digərləri 05 Mar 2018 13:45:00 293 0

"Bəzən kurikulum valideyn və mütəxəssislər tərəfindən birmənalı qarşılanmır"

"Bəzən kurikulum valideynlər və mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Amma tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir. Bu da bir daha sübut edir ki, həmin istiqamət doğru seçilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov PIRLS 2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimatda çıxış edərkən deyib.

Onun sözlərinə görə, vacib məqamlardan biri məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi, bunun üçün icma əsaslı qrupların yaradılmasıdır.

C.Bayramov onu da əlavə edib ki, təhsilin inkişafı ölkə Prezidenti İlham Əliyev tərəfindən ən vacib prioritetlərdən biri kimi müəyyən edilib, təhsil işçilərinin qarşısında bir sıra mühüm tapşırıq və hədəflər qoyulub: