"Tələsirəm" 100 metr məsafəyə görə ölümə gedən piyadalar VİDEO FOTO


Digərləri 05 Mar 2018 13:33:00 230 0

"Tələsirəm"  100 metr məsafəyə görə ölümə gedən piyadalar  VİDEO  FOTO

Statistik rəqəmlərə görə, ötən il piyadaların vurulması ilə bağlı hadisələr ümumi qəzaların 51 faizini təşkil edir.

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, bunlarında böyük bir qismi piyadaların öz günahı ucbatında baş verib.

BDYPİ-nin rəsmisi Kamran Əliyev deyir ki, "2017-ci ildə piyadaların iştirakı ilə 938 yol qəzası baş verib. Nəticədə isə 359 nəfər dünyasını dəyişib, 643 nəfər isə yaralanıb".

100 m məsafəyə görə, risk etməyə dəyərmi sualına isə piyadanın cavabı belə olub: "Bəli, dəyər. Çünki tələsirəm".

Qurum rəsmisi təbliğat və maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, istər böyüklər, istərsə də kiçiklər öz təhlükəsizliyini qorumaq istəmir.


Xəbərə aid fotolar