Azərbaycan və Mərakeş arasında bir sıra sənədlər imzalanıb


Siyasət 05 Mar 2018 13:09:51 252 0

Azərbaycan və Mərakeş arasında bir sıra sənədlər imzalanıb

İki ölkənin XİN başçısı Bakıda əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita ilə görüşüb.

"Report" xəbər verir ki, təkbətək və geniş tərkibli görüşlər zamanı tərəflər Azərbaycan və Mərakeş arasında əməkdaşlığın inkişaf perspektivləri, həmçinin bir sıra aktual regional məsələləri müzakirə ediblər.

Görüşün yekununda bir sıra sənədlər imzalanıb. Belə ki, xarici işlər nazirləri Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlir vergilərinə münasibətdə vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalayıb.

Həmçinin nazirlərin iştirakı ilə təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş, "Azərbaycan Dəmir Yolları" QSC və "Mərakeş Milli Dəmir Yolları" arasında Niyyət Protokolu, Azərbaycan Dövlət Dəniz Akademiyası və Mərakeş Dəniz Araşdırmaları Ali İnstitutu arasında Niyyət Protokolu imzalanıb.