Almaniya miqrant dalğasında boğulur FOTO


Digərləri 05 Mar 2018 13:15:00 259 0

Almaniya miqrant dalğasında boğulur  FOTO

Almaniyanın baş naziri Angela Merkelin miqrantlarla bağlı yürütdüyü siyasət almanlar arasında gün keçdikcə daha çox narazılıq yaradır.

Duysburq şəhərinin yaxınlığındakı Marksloda yaşayanlar miqranot axınının fəsadlarını xüsusilə "aydın" hiss edirlər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, bir zamanlar turistlər arasında populyar olan Markslo indi miqrantların faktiki olaraq nəzarəti ələ keçirdiyi məkandır.

Şimali Reyn-Vestfaliya əyalətinin parlamenti üçün hazırlanmış 17 səhifəlik hesabatda bildirilir ki, Markslodakı livanlı, suriyalı, türk, tunisli və s. miqrantlardan ibarət mütəhəkkil cinayətkar dəstələr narkoticarət, insan alveri, quldurluq, reket və s. cinayətlərlə məşğul olurlar.

Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan miqrantların kütləvi axını nəticəsində Markslo indi almanların özlərini narahat hiss etdikləri məkana çevrilib.

Markslo hazırda gettoya çevrilib və buradakı miqrantların total əksəriyyəti sosial yardımlardan asılı işsizlərdir.


Xəbərə aid fotolar