Hollivud ulduzu turistləri şoka saldı:


Digərləri 05 Mar 2018 12:52:00 268 0

Hollivud ulduzu turistləri şoka saldı:

"Salam, necəsiniz?! Ümid edirəm hər şey yaxşıdır..."

Hollivud ulduzu, məşhur aktrisa Nikol Kidmanın bu sözlərini eşidəndə turistlər çaşıb qalıblar.

Son.az TMZ-yə istinadən bildirir ki, olay ABŞ-ın Los-Anceles şəhərində yaşanıb.

50 yaşlı Nikol Kidman avtomobilində 90-cı "Oskar" mərasiminə hazırlıq üçün vizaj studiyasına gedirdi. Onun maşını yolda turist avtobusu ilə yanaşı duranda N.Kidman pəncərə şüşəsini aşağı salıb və "Access Hollywood Tour" avtobusunda olan turistlərlə salamlaşıb: "Əla görünürsünüz! Mən isə yox, hələ vizajçı yanına getməliyəm".

Bunu deyən N.Kidman gülüb.