Xalq artistinin ailəsindən sərt ittiham:


Kriminal 05 Mar 2018 12:28:00 251 0

Xalq artistinin ailəsindən sərt ittiham:

Xəbər verdiyimiz kimi, martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin məzarı dəyişdirilib. Sənətkarın nəşi anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iddia olunur ki, Mədəniyyət və Turizm Nazirliyi mərhumun "Qurd qapısı"nda dəfn olunacağı barədə ailəsinə məlumat verib. Lakin Tahir Əkbər başqa bir məzarlıqda torpağa tapşırılıb. 

"Qafqazinfo" mövzu ilə bağlı bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərlə əlaqə saxlayıb.  O, yayılan məlumatları təsdiq edərək mərhumun məzarının dəyişdirildiyini qeyd edib:

"Mən bir  bəstəkar xanımı kimi Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdim. Sağ olsunlar, kömək etdilər. Amma Tahir müəllimi layiqsiz yerdə gördüyümə görə onun məzarını dəyişdirdim. Çünki həmişə zarafatyana deyərdi ki, məni xidmətlərimə görə, 2-ci Fəxri Xiyabanda dəfn edərlər.


Xəbərə aid fotolar