Ərindən boşanan azərbaycanlı müğənni evlilik təklifi aldı


Digərləri 05 Mar 2018 11:31:00 246 0

Ərindən boşanan azərbaycanlı müğənni evlilik təklifi aldı

Bu gün "10-dan sonra" verilişinin qonaqlarından biri Avroviziya təmsilçimiz Dilarə Kazımova olub.

Son.az xəbər verir ki, həyat yoldaşından boşanan cazibədar müğənni aparıcı Yusif Ağayevin şəxsi həyatı ilə bağlı suallarını cavablandırmaqdan çəkinməyib.

Ayrılıq prosesini çox rahat keçirdiyini bildirən Dilarə hər şeyin onun üçün çox yaxşı olduğunu qeyd edib.

Müğənni artıq evlilik təkliflərinin gəldiyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb. Dilarə ötən ilin sonunda hələ rəsmi boşanmadıqlarını demişdi.