Ermənistanda ordu zabiti sərxoş vəziyyətdə avtomobil qəzası törədib, bir nəfər yaralanıb


Dünya 05 Mar 2018 11:29:04 289 0

Ermənistanda ordu zabiti sərxoş vəziyyətdə avtomobil qəzası törədib, bir nəfər yaralanıb

Məhkəmə tibbi ekspertizası nəticəsində Erik Petrosyanın sərxoş olduğu məyyənləşib

Ermənistan ordusu zabitinin sərxoş vəziyyətdə törətdiyi yol qəzasında bir nəfər xəsarət alıb. 

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, hadisə Yerevan-Sevan avtomobil yolunda baş verib. 

Belə ki, 32 yaşlı Erik Petrosyanın idarə etdiyi “Volkswagen” markalı avtomobil 40 yaşlı Qurgen Sarkisyanın idarə etdiyi “Toyota Land Cruiser”ə çarpılıb. “Toyota Land Cruiser” Ermənistan olqarxı, müxalifətdə olduğu iddia edilən “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsraukyanın atası Nikolay Tsraukyana məxsusdur. Qəza da Q.Tsarukyana məxsus yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. 

Amma Nikolay Tsraukyan hadisə zamanı avtomobildə olmayıb. “Volkswagen”ndəki sərnişin Valeri Kazaryan isə xəsarət alıb. Onu xəstəxanaya yerləşdiriblər.

Məhkəmə tibbi ekspertizası nəticəsində Erik Petrosyanın sərxoş olduğu məyyənləşib. E.Petrosyan Ermənistan ordusunun zabitidir.