Super Liqa klubunda yeni məşqçi


İdman 05 Mar 2018 09:56:00 242 0

Super Liqa klubunda yeni məşqçi

Türkiyənin “Konyaspor” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Super Liqanın XXIV turunda evdə “Yeni Malatyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra müqaviləsinə xitam verilən Mehmet Özdileki Sərgən Yalçın əvəzləyib.

46 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Konyaspor” hazırda 21 xalla 16-cı pillədə qərarlaşıb.