Növbəti buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ


Digərləri 05 Mar 2018 09:50:00 214 0

Növbəti buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ

Martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

DİM-dən Son.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.