Qəbələ sakini təyyarə düzəldib FOTO


Digərləri 04 Mar 2018 23:32:00 279 0

Qəbələ sakini təyyarə düzəldib  FOTO

Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur və o, sözün həqiqi mənasında təyyarə hazırlayır

Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur. O, sözün həqiqi mənasında, hər bir detalına qədər təyyarə hazırlayır. Həmin təyyarə modelləri yanacaqla çalışır, uçuş da həyata keçirə bilir. 15-dən artıq təyyarə hazırlayan usta "Cesna-182 Skylane", "Tricopter", "Nobler" kimi modellərlə sərgilərə də qatılıb.

Gənc və istedadlı modelçi təyyarə maketlərini hazırlamaq texnikasını şagirdlərinə də öyrədir. Bu, onların hafizələrini inkişaf etdirməyə, həmçinin asudə vaxtlarını daha səmərəli keçirmələrinə xidmət göstərir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, aviamodelçinin dediyinə görə, Uşaq Yaradıcılıq Mərkəzinin nəzdində fəaliyyət göstərən bu kursda bir çox problemlər mövcuddur. Hazırda ustanın ən böyük problemi təyyarə modellərini hazırlamaq üçün lazım olan materialların çətinliklə tapılmasıdır. Xüsusilə yanacağın olmaması təyyarə modellərinin uçmasına da çətinlik yaradır.

Ayaz deyir ki, çox çətinliklə bu səviyyəni qoruyub saxlaya bilib. Kursların, eləcə də modellərin dağılıb aradan çıxmaması, onları qorumaq üçün bütün alternativ imkanlara əl atıb.


Xəbərə aid fotolar