Hepatit xəstəliyini gizlədib ailə qururlar


Digərləri 04 Mar 2018 23:28:00 329 0

Hepatit xəstəliyini gizlədib ailə qururlar

Nikahdan öncəki icbari tibbi müayinə üçün xəstəliklərin siyahısı artırıla bilər.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev təklif edib ki, B və C qruplarından olan hepatitlərin də icbari tibbi müayinə paketinə daxil edilməsi üçün Ailə Məcəlləsinə dəyişiklik edilsin. Deputatın sözlərinə görə, müvafiq qurumları da bu işə cəlb etməklə parlamentin digər komitələri ilə birgə bu məsələni müzakirə etmək faydalı olar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkim-infeksionist Sakit Hümbətov millət vəkilinin təklifini dəstəklədiyini və buna ehtiyacın olduğunu deyib: "Bəzən hepatit xəstəliyini gizlədirlər və yaxud şəxs dərman qəbul edə-edə ailə qurur. Bu da ailədə dünyaya gələn uşağa təsir edir, problemlər yaradır. Mən belə hallarla tez-tez qarşılaşıram. Şəxs gəlir yanıma ki, "məndə hepatit B infeksiyası var və müalicə almaq istəyirəm". Mən də deyirəm ki, əgər hamiləlik planlaşdırırsansa, bu dərmanları qəbul etmək olmaz. Xəstə bununla razılaşır və dərman yazırıq. Həmin şəxs dərmanları qəbul edə-edə ailə qurur. Sabah uşaq olanda da qüsur yaranır və bunu bilmirlər. Yaxud başqasının dərmanlarını götürüb qəbul edirlər. Ona görə də B və C qruplarından olan hepatitlərin icbari tibbi müayinə paketinə daxil edilməsini dəstəkləyirəm. Şəxs bilməlidir ki, kiminlə ailə həyatı qurur və onun sağlamlıq durumu necədir".

S.Hümbətov qeyd edib ki, cinsi yolla hepatit B xəstəliyinə yoluxma ehtimalı 78, məişət təmas yolu ilə yoluxma ehtimalı isə 17-20 faizdir.

Tibbi ekspert, professor Adil Qeybulla da millət vəkilinin təklifini dəstəkləyib: